Strategiyanın Psixologiyası| Strategiya, Təkamül və Müharibə: Meymunlardan Süni Zəkaya doğru
Davranış alimləri insan psixologiyasının bu simvollarının təkmilləşdiyini deyərkən, bunu nəzərdə tuturlar ki, bioloji bir şey kimi insan əqli bütün digər yaşayan varlıqların formalaşmasına səbəb olan eyni təkamül prosesindən meydana gəlib. Uzun illər öncə yaşamış məşhur bir bioloqun sözləri ilə desək, Biologiyada təkamül işığından başqa heç nə anlam daşımır.
Bəs bunun müharibə və strategiya ilə nə əlaqəsi var? Hər şeyi London Kral Kollecinin müharibəşünaslıq üzrə professoru Kennez Peyn cavablayır. Geridə qalan üç il ərzində Peyn bu məsələ ilə bağlı iki kitab yayımlayıb. Bunlar “Strategiya Psixologiyası: Vyetnam Müharibəsindəki Rasionallığın Aşkarlanması” və “Strategiya, Təkamül və Müharibə: Meymunlardan Süni Zəkaya” kitablarıdır.
İlk kitabın araşdırma mərkəzi kimi Vyetnam müharibəsi nəzərdən keçirilirsə, ikinci kitabın mövzusu insanlığın təkamül keçmişindəki müharibələrdən, onun gələcəyindəki müharibələrə qədər geniş miqyası əhatə edir. Peynin kitablarının məqsədi sadədir: strateji qərar vermə insan qərar verməsidir. İnsan davranışlarının bütün aspektləri kimi, strategiyanın təbiəti haqqında uzaqgörənlik də ona davranış elminin bucağından baxmaqla əldə edilir.
Peynin baxışı insan keçmişinə uzanır. “Strategiya”nı “siyasi məqsədlər üçün şiddətin istifadəsi” kimi təsvir edən Peyn “strateji fəaliyyət” üçün elə bir izah verib ki, bunu şimpanze və insanın digər irsləri hesab edilən qeyri-insan varlıqlar üçün də qəbul etmək olar. Şimpanzelər resurslar və dostlarına çıxışlarını davamlı etmək üçün digər şimpanzelərə qarşı məqsədli şiddətdən istifadə edirlər. Peyn şimpanzelərin şiddət taktikaları arasında bənzərliklər aşkarlayıb. “İlkin insan (və digər primatlar) üçün strategiyanın mahiyyəti daha zəif düşmənə qarşı düzgün zamanda və məkanda zor tətbiq etməyə fokuslanmaq idi”.
Digər heyvanlar kimi insanlar da asimmetrik üstünlüklə vuruşmağı seçirlər. Müharibədə ən sadə asimmetrik üstünlük rəqəmlərdir. Gözlənilməz hücum sizin tərəfin maksimum say üstünlüyü ilə vuruşa getdiyindən əmin olmaq üçün bir yoldur. Lakin sizin bu üstünlüyə malik olduğunuza əmin olmağın ən sadə yolu, çox sayda döyüşçü yetişdirə biləcəyiniz böyük əhaliyə sahib olmaqdır. Peyn iddia edir ki, bu reallıq insan beyninin təkamülünün arxasında duran əsas təkanverici qüvvə olub. Primatlarda beynin ölçüsü sosial qrupun ölçüsü ilə mütənasib olub. Daha geniş, daha kompleks beyin daha geniş sosial şəbəkənin izlənməsi və yönləndirilməsinə imkan verir. Buzlaşma dövründə həm insan beyninin, həm də qrupun ölçüsü önəmli ölçüdə böyüdü. Bir çox təkamülçü antropoloq və psixoloqlar bu əlaqəni əvvəllər qeyd etsələr də, Peyn bu ikisi arasında sadə bağlılıq olduğunu deməyin yetərli olmadığını düşünür. Ehtiyac olan şey daha geniş ultrasosial qruplar üçün təkamül rasionallığının daxili açıqlamasının olmasıdır. Bəs bu möhkəm əməkdaşlıq və daha geniş qruplardan əldə ediləcək böyük üstünlük nədir? Cavab: müharibə təhdidi.
İnsanların münaqişəsini unikal edən cəhət silahdaşlar arasındakı genetik məsafədir
Bu arqumenti irəli sürərkən, Peyn müharibənin mənşəyinə dair davam etməkdə olan bir çox antropoloji debatların ilk toxumlarını səpdi. İnsanlar şiddətli qrup münaqişəsinə girən yeganə heyvan deyillər. Hətta biz ən geniş miqyasda müharibəyə girən qurp da deyilik. Bu şərəf qarışqalara məxsusdur. Onların döyüşlərində 30 milyondan çox itkilərin baş verməsi mümkündür.
Bizim münaqişəmizi unikal edən cəhət silahdaşlar arasındakı genetik məsafədir. Digər vuruşan primatlar çox kiçikdirlər, buna görə də, çox yaxın əlaqələr mövcuddur. Hətta qarışqa kimi həşəratlarda bəzən vuruşanlar eyni dişinin törəmələri olur. Bundan fərqli olaraq, insanlar çox cüzi genetik bərabərlik daşıyan fərdlər uğrunda vuruşur və həlak olur. İnsan təkamülünə dair və müharibəni əhatə edən istənilən tədqiqat bu paradoksu izah etməyin bir yolunu düşünməlidir.
Strateji qərar vermə insan qərar verməsidir
Arxeoloji qeydlər insan təkamülünün müharibədən qaynaqlandığını göstərən hesablara qarşı daha bir sual meydana gətirir. Müharibə ilə bağlı arxeoloji sübut Mezolit dövründə olduqca çoxdur, lakin insanların çoxalmağa başladığı dövrlərdə belə sübutlar tapmaq daha çətindir. Antropoloq Duqlar Fray şiddətin, qrup səviyyəli münaqişənin olmadığı 70 müxtəlif cəmiyyətin siyahısını hazırlayıb: digər yüzlərlə kiçik miqyaslı cəmiyyətlərdə edilən mədəni yoxlamalarda isə dəqiq məlumatlardan asılı olaraq təxminən 10-15% ovçu-toplayıcı cəmiyyətlərin antropoloji kontakt nöqtəsində müharibə təcrübəsi olmadığı aşkarlanıb. Müharibənin insan psixologiyasının inkişafına təzyiq edən təbii seçmənin əsas mənbəyi olduğunu iddia edən istənilən arqument bu məsələni nəzərə almalıdır.
Peyn bu problemləri əksərən görməzdən gəlir. Əvəzində, o, insanın xüsusi olaraq strateji rəqabətə yaxşı adaptasiya olunmasına imkan verən insan psixologiyasının unikal elementlərinə fokuslanır. Ultrasosiallıq bu elementlərdən biridir. Zehin nəzəriyyəsi insanlıq üçün unikal, strateji nəzəriyyə üçün fundamental olan başqa bir açar bacarıqdır. Zehin nəzəriyyəsi ilə birlikdə həm düşmənin niyyətlərini sezmək bacarığı, həm də onları aldatma imkanları gəlir. Sürpriz, şok və aldatma rəqəmlərin sərt qanunlarının öhdəsindən gəlmənin yollarıdır. Əgər müharibə insanlıq tarixinin erkən dövrlərində seleksiya təzyiqinin güclü mənbəyi olsaydı, münaqişədə bu koqnitiv bacarıqlardan istifadə qabiliyyəti fərdlərə fərqli təkamül üstünlüyü verərdi.
Peynin siyahıya aldığı meyillər davranış iqtisadı ilə əlaqəli olan istənilən adama tanış olacaq. Bu, insanın riskli çalışmalardakı uğur şansını şişirtməsinə gətirib çıxaran optimizm meyli, insanı ünsiyyətdə olduğu sistem üzərində olduğundan çox nəzarət etdiyini düşünməsinə səbəb olan nəzarə effekti illuziyası və insanı digərlərinin davranışını analiz edərkən vəziyyətin sövqedici stimullarının əhəmiyyətini azaldıb, şəxsi keyfiyyətləri önə çıxarmasına təşviq edən fundamental aid etmə xətasıdır. O, həm də müxtəlif emosiyaların insanın qərar vermə prosesinə təsirini də izah edir. Məsələn, insanın qəzəbli olarkən inanc və qərarlarında daha qəti olduqlarını göstərən güclü dəlillər var. Qəzəbli bir qərar verənin strateji hesablamaları kədərli birindən tamamilə fərqlənəcək. Bu meyillər kataloqundakı ən diqqətəlayiq ideyalardan biri Klausevitzin müdafiənin hücumdan daha güclü olması ilə bağlı fikirlərindən törəyib. Peyn düşünür ki, bu həqiqətdir çünki, insanlar itirmək istəmirlər. Yəni biz yeni bir şey qazanmaqdansa, əlimizdə olanı saxlamaq üçün daha çox əziyyət çəkməyə hazırıq. Odur ki, əgər insanlar ərazi və ya beynəlxalq prestij barəsində bu formada düşünsələr, onda komandirlər itirilmiş bölgənin azad edilməsində daha cəsur, əsgərlər isə hücumdan daha çox müdafiə də daha qərarlı olacaqlar.
Bu mənada müzakirənin ən maraqlı hissəsi şərəf və ehtiramdır. İnsanlar sosial heyvandırlar. Digər insanların ehtiramına olan ehtiyac insan psixologiyasında dərin kök salıb. Dövlət adamları və srateqlər də buna istisna deyillər. “Strategiyanın Psixologiyasında Lindon Conson, Riçard Nikson və digər rəsmilər tərəfindən qəbul edilən qərarların düşmənin məğlub edilməsindən daha çox, qərar verənin sosial hörmətini artırmaq məqsədilə qəbul edildiyinə dair xeyli nümunələr göstərilir. Conson və onun rəsmiləri üçün ehiram və reputasiya tez-tez müharibənin ən vacib məqsədi kimi təsvir edilirdi. Bir rəsmi öz xatirəsində ABŞ-ın Vyetnam müharibəsinə girməsinin səbəbinin 70%-ni həqarətdən qurtulmaq, geri qalan 30%-nin isə Vyetnamın Çindən kənar saxlanması istəyilə, Cənubi Vyetnam əhalisinə daha azad həyat yaşamaqda kömək etmə cəhdi arasında bölündüyünü bildirib.
İnsan psixologiyasının araşdırılması müharibə normalarının davamlılığı haqqında bizə nə deyir?
Peynin şərəf müharibələri ilə müharibənin daha ümumi konsepsiyaları arasındakı gördüyü ziddiyyət hərb tarixçilərinin müstəqil olaraq təsvir etdiyi nümunələrlə parallelik nümayiş etdirir. C.E. Lenden, Pier Makkey və Stefen Morillo qədim yunan şəhər dövlətləri, orta əsrlər Avropa krallıqları, 18-ci əsrin Avropa imperiyaları arasındakı müxtəlif müharibələrə dair hazırladıqları öz analizlərində bu dəqiq ziddiyyəti izah ediblər. Lakin əgər şərəf müharibələri gerçək fenomendirsə, onda orduların və dövlətlərin nə zaman qorxu və ya maraqların dominantlıq etdiyi müharibələr əvəzində şərəf müharibəsi apardıqlarını nə müəyyənləşdirir? Niyə Afina və Sparta arasındakı müharibənin ilk on ili yunan şərəf normları ilə təqdim edilir? Nə vaxt eyni normalar müharibənin sonrakı illərinə daha az təsirə malik oldu? Qısacası, insan psixologiyasının araşdırılması müharibə normalarının müddəti ilə bağlı bizə nə öyrədir?
Mədəniyyətlərarası psixologiya psixologiyanın inkişafda olan alt sahəsidir. Psixoloqlar və antropoloqlar ortaya çıxarıblar ki, fərqli mədəniyyətlərdən olan insanların müxtəlif təfəkkür profilləri olur. Antropoloq və psixoloq Cozef Henrix bildirir ki, əksər tədqiqatçılar bizi unikal insan edən psixoloji prosesi öyrənmək istəyirlər. Bu nöqtədə əsas problem çeşidli əhalilər arasında aparılmış çox az sistematik əhatəli və praktiki tədqiqatın olmasıdır. Buna görə də, nə vaxt doğuşdan gələn psixoloji prosesə, yaxud yüz illərdir davam edən mədəniyyət təkamülünün məhsulunu ələ aldığımızı aydınlaşdırmaqda yararlana biləcəyimiz etibarlı yol demək olar ki, yoxdur. Bu tənqid Peynin təqdim etdiyi demək olar ki, bütün dəlillərlə əlaqəlidir. Həqiqətən də Henrix və mədəniyyətlərarası psixoloqlardan ibarət komanda bildirib ki, Peynin uzun-uzadı müzakirə etdiyi meyillərdən biri olan optimizm Şərqi Asiya və Qərb əhalilərində eyni şəkildə təzahür etməyib.
Oxşar məqalələr
-
Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı
-
Məşhur neyrobioloq Sapolskidən sarsıdıcı sözlər: “İradə azadlığı deyə bir şey yoxdur”
-
Texnologiyada standartlaşdırma və texnologiya inkişafı arasındakı əlaqə – STRATEJİ BAXIŞ
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı